İspaniya millisinin sabiq qapıçısı Santyaqo Kanisares "Atletiko"nun La Liqada "Barselona"ya 1:2 hesabı ilə uduzmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Kanisares bu məğlubiyyətin hələ hər şeyin sonu olmadığını vurğulayıb: "Atletiko" bu imtahandan keçə bilmədi, amma qarşıda başqa sınaqlar var. Əgər bu imtahandan keçsəydilər belə, bu, kursun başa çatdığını göstərməzdi. İndi isə vəziyyəti düzəltmək üçün hələ də şansları qalır".

Qeyd edək ki, 12 turdan sonra Madrid təmsilçisi La Liqada üçüncü pillədə qərarlaşıb və lider "Barselona"dan 5 xal geri qalır.