UFC prezidenti Dana Uayt Konor Makqreqorun növbəti döyüşünü Dublində yerləşən "Croke Park" stadionunda təşkil etməyi planlaşdırır. Uayt bildirib ki, uzun illərdir bu stadionda döyüş keçirmək barədə düşünür və Makqreqorun burada çıxış etməsi ideyası müzakirə olunur. Onun sözlərinə görə, hər zaman mümkün olan ən böyük döyüşləri təşkil etməyə çalışır və "Croke Park" bu baxımdan ideal məkan ola bilər.

Offsideplus.az xəbər verir ki, "Croke Park" stadionu 82 min tamaşaçı tutumuna malikdir. Burada əsasən qələ futbolu oyunları keçirilir və İrlandiya milli futbol komandası da bu arenada çıxış edir. Konor Makqreqor daha əvvəl açıqlamasında növbəti MMA döyüşünün karyerasında sonuncu olacağını bildirib. Onun sözlərinə görə, "Növbəti döyüşdən sonra əlcəkləri çıxaracağam, amma bu, karyeramı bitirmək üçün deyil. Mən çılpaq əllə döyüşlərə keçəcəyəm".