Azərbaycan millisinin üzvü Polina Şukina NBA, WNBA və FIBA-nın birgə təşkil etdiyi "Basketball Without Borders" (BWB) proqramının "BWB Next Up" düşərgəsinə seçilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Ölkəmiz ilk dəfə sözügedən proqramda təmsil olunacaq.

Noyabrın 18-dən 21-dək Sinqapurda keçiriləcək düşərgəyə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu qatılacaq. İştirakçılar tanınmış mütəxəssislərin rəhbərliyi altında bacarıqlarını inkişaf etdirəcək, ən yaxşılar isə "BWB All-Star" düşərgəsinə seçilmək şansı qazanacaqlar.

Qeyd edək ki, Polina Şukina 2025-ci ildə U-16 Avropa çempionatının B divizionunda ən çox xal toplayan ilk 3 basketbolçu arasında yer alıb. O, 2026-cı ildə keçirilən U-18 Avropa çempionatının B divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnirin lideri olub