NBA-da ötən gecə "Mayami Hit" səfərdə "Sakramento Kinqs" üzərində 114:108 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Yannis Antetokounmpo bu qarşılaşmada 29 xal və 14 ribaundla komandasının lideri olub. Oyundan sonra Antetokounmpo son günlər Doc Riversin onun oyununa yönəlik tənqidlərinə münasibət bildirib. Yunan ulduz bu açıqlamalardan təəccübləndiyini gizlətməyib.

"Əvvəla, o mənim məşqçim deyil. Mənim məşqçim Spoelstra-dır. Amma Rivers keçmişdə birlikdə çalışdığım bir məşqçidir. Açığı, sözsüz qaldım. O, bu gün belə bir açıqlama verib? Onun nömrəsi sizdə var, bilirəm ki, var. Gedin, özündən soruşun, niyə belə düşündüyünü. Bu, onun problemidir, mənim yox. Mən öz komandama və nə etməli olduğuma fokuslanmalıyam, necə daha yaxşı ola bilərəm, komandama necə kömək edə bilərəm, bunları düşünürəm.

Bu, dəhşətdir. Heç vaxt kin və xırdaçılığı məqsəd və arzularınızın qarşısına qoymayın. Bütün idmançılara bunu deyirəm. Gedin, Riversdən soruşun, niyə belə danışıb. Mənlik deyil", – deyə Antetokounmpo bildirib.

Qeyd edək ki, Doc Rivers "Bill Simons"un podkastında Antetokounmpo barədə sərt fikirlər səsləndirib. O, Yannisə uyğunlaşmağın çətin olduğunu, oyun tərzinin komanda oyununa tam uyğun gəlmədiyini vurğulayıb: "O, meydançada həddindən artıq sürətlə oynayır. Çox çətin oyunçudur. Möhtəşəm ötürmə qabiliyyəti var, amma eyni zamanda yüksək oyun düşüncəsinə malik deyil. Hər hücumda yalnız bir yolu var – güclə irəliləmək və bunu məcbur etmək istəyir".