Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mesut Ozil "Mirotvorets" bazasına daxil edilib.
Offsideplus.az xəbər verir ki, buna səbəb Ozilin Rusiya və İsrail komandalarına tətbiq olunan sanksiyalarla bağlı FİFA-ya ünvanladığı tənqid olub. Oktyabrın sonunda veteranlar arasında keçirilən "İstanbul" – "Zenit" (3:2) yoldaşlıq oyunundan sonra Ozil belə deyib: "FİFA İsrail komandalarına qarşı sanksiya tətbiq etmədi, halbuki Rusiya klublarına qarşı bu cür tədbirlər görüldü. Mən FİFA-nı bu ikili standartlardan imtina etməyə və hamıya eyni münasibət göstərməyə çağırıram".
Dünya çempionu olan Ozil 2023-cü ildə peşəkar karyerasını başa vurub. O, "Şalke", "Verder", "Real Madrid", "Arsenal", "Fənərbaxça" və "İstanbul Başakşəhər" klublarında çıxış edib.


