UFC-nin keçmiş çempionu Xamzat Çimayev növbəti döyüşü ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, mümkün qədər tez qəfəsə çıxmaq istəyir, lakin bu, ondan asılı deyil. Çimayev qeyd edib ki, UFC-dən zəng gözləyir və hər an hazırdır.
Offsideplus.az xəbər verir ki, Xamzat Çimayev rəqibini gözlədiyini vurğulayıb. O deyib: "Striklend İmavovla döyüşmək istəmir? O, daim nədənsə şikayətlənir. Ola bilsin, UFC mənə onların döyüşünün qalibini verəcək. Çox tezliklə kəmərimi geri qaytaracağam. Ümid edirəm, Striklend və İmavov döyüşəcək, çünki bu nə qədər tez baş versə, mən də bir o qədər tez döyüşə biləcəyəm. Mən bir nömrəli iddiaçıyam və ümid edirəm ki, rəqibim onların qarşılaşmasının qalibi olacaq".
Qeyd edək ki, daha əvvəl Striklend bu ilin dekabrında İmavovla döyüşdən imtina edib və daha yüksək qonorar tələb edib.


