Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Türkiyənin Trabzon şəhərində keçiriləcək U-17 Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun matçlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. Babək Quliyev noyabrın 11-də Macarıstan – Şimali Makedoniya, 14-də Şimali Makedoniya – San-Marino və 17-də San-Marino – Macarıstan görüşlərində tapşırıq icra edəcək.