İspaniyalı mütəxəssis Raul "Oviedo" klubuna baş məşqçi təyin olunacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi Xulian Kalero və onun məşqçi heyətinin istefasını rəsmən açıqlayıb. "Real Madrid"in sabiq hücumçusu Raulun peşəkar təcrübəsi və futbol fəlsəfəsi klubun sahibi Xesus Martines tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Raulun oğlu "Oviedo"nun ehtiyat komandası "Vetusta"da çıxış edir. 49 yaşlı mütəxəssis daha əvvəl "Real Madrid"in gənclər və ikinci komandası "Kastilya"ya rəhbərlik edib. Hazırda "Oviedo" Sequnda liqasında 13 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb.


