Fransa millisinin və "Yuventus"un müdafiəçisi Pyer Kalulu noyabr ayında yığmanın qarşılaşmalarında iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, futbolçu sol bud əzələsindən aldığı zədə səbəbindən Fransa millisinin heyətindən çıxarılıb və yaxın günlərdə əvəzlənəcək. Noyabr toplanışı çərçivəsində Fransa millisi 12 noyabrda İtaliya, 15 noyabrda isə Türkiyə ilə qarşılaşacaq.


