Niderland millisinin baş məşqçisi Xavi Frenki de Yonqun layiq olduğu qədər dəyərləndirilmədiyini düşünür.

Offsideplus.az xəbər verir ki, Xavi bununla bağlı fikirlərini belə ifadə edib: "Bəli, hesab edirəm ki, onu lazımınca qiymətləndirmirlər – baxmayaraq ki, məşqçilər və komanda yoldaşları belə düşünmür. Onunla hər gün birgə çalışanlara qulaq asmaq lazımdır: onlardan soruşsanız, ən yaxşı yarımmüdafiəçi kimdir, cavabları Frenki olacaq. Niyə onu dəyərləndirmirlər, bilmirəm. Ola bilsin, insanlar meydanda baş verənləri, xüsusilə də taktiki baxımdan – rəqibin pressinqi, hücum və müdafiədə say üstünlüyü yaratmaq kimi məqamları tam anlamırlar. O, çox yönlü və universal futbolçudur. Frenki de Yonq ən yüksək səviyyəli oyunçudur, istənilən mövqedə çıxış edə bilər. Bazar günü "Barselona"nın heyətində hətta müdafiənin cinahında oynadı. Bu, ənənəvi seçim deyil, amma "Barselona"da ona mərkəz müdafiəçisi mövqeyini də tapşırmışdım. O, məni və məşqçi heyətini yaxşı tanıyır, fəlsəfəmizi və ideyalarımızı anlayır. Frenki güclü xarakterə malikdir və kapitanlarımızdan biridir. Bizim üçün uğur qazanmaq üçün lazım olan bütün keyfiyyətlərə sahibdir".