“Reysinq Bulls”un pilotu Liam Louson komandası ilə müqaviləni yeniləməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, bu barədə “The Race” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni zelandiyalı sürücü Braziliya Qran-prisində 8-ci yeri tutmaqla mövqeyini möhkəmləndirib.
Səhmdarlar tərəfindən yekun qərar hələ verilməsə də, rəsmi açıqlamanın noyabrın 20-dən 22-dək keçiriləcək Las-Veqas Qran-prisindən əvvəl ediləcəyi gözlənilir.
2026-cı il mövsümündə geridə qalan 20 mərhələdən sonra Louson pilotların fərdi hesabında 8-ci sırada qərarlaşıb. Onun komanda yoldaşı, britaniyalı Arvid Lindblad isə 11-ci pillədə yer alıb.


