Pol Skoulz "Mançester Yunayted"in futbolçularının hər oyundan sonra azarkeşləri salamlamasından narazılıq edib.

Offsideplus.az xəbər verir ki, sabiq yarımmüdafiəçi bu barədə belə deyib: "Onların nə etməli olduğunu deyə bilərəm. Hər oyundan sonra meydanda dövrə vurub azarkeşləri salamlamalarını dayandırmalıdırlar. Bu nə deməkdir? Bu, dəhşətlidir. Allahım, bu, utancvericidir. Hər matç sanki mövsümün son oyunudur. Sadəcə meydanı tərk edin!"