"Real Madrid"in sabiq baş məşqçisi Xorxe Valdano Kriştiano Ronaldunun Portuqaliya millisindən ayrılması barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Valdano Ronaldunun dünya futbolundakı təsirinin o qədər böyük olduğunu bildirib ki, heç nə onun nüfuzuna kölgə sala bilməz. O qeyd edib ki, futbolçuların karyerasının son mərhələsi o qədər də əhəmiyyətli deyil.

"Kroyff karyerasını "Levante"də, ikinci liqada başa vurub. Pele isə "Kosmos"da oynayıb. Maradonanın harada karyerasını bitirdiyini isə heç bilmirik. Amma onların heç biri futbol tarixindəki mövqeyini itirməyib. Mən tam razıyam ki, futbolu son damlasına qədər yaşamaq lazımdır. Bu, karyeranın sonuna təsadüf etsə də, məncə, bu, futbola olan sevginin başqa bir təzahürüdür", – deyə Valdano vurğulayıb.