"Liverpul"un dünya şöhrətli qapıçısı Alisson Beker karyerasını Mersisayd təmsilçisində davam etdirməkdə maraqlıdır.
Offsideplus.az xəbər verir ki, braziliyalı qolkiperin nümayəndələri və klub rəhbərliyi arasında yeni müqavilə şərtlərini müzakirə etmək üçün ilkin məsləhətləşmələr baş tutub.
Alissonun "Liverpul"da özünü xoşbəxt hiss etdiyi və komandanın gələcək layihəsinin əsas hissəsi olmağa müsbət yanaşdığı bildirilir.
"Liverpul"un heyətində qazandığı kuboklar və göstərdiyi etibarlı oyunla həm azarkeşlərin, həm də məşqçilər heyətinin sevgisini qazanan təcrübəli qapıçı soyunub-geyinmə otağının əsas liderlərindən biridir.
Qolkiperin ailəsinin Liverpul şəhərindəki həyat tərzindən məmnun olması da bu qərarda mühüm rol oynayır.


