"Qalatasaray" Türkiyənin sabiq prezidenti Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümündə onun xatirəsini yad edib.
Offsideplus.az xəbər verir ki, klubun açıqlamasında Atatürkün müasir Türkiyə dövlətinin qurucusu olduğu, 1923-1938-ci illərdə prezident vəzifəsində çalışdığı vurğulanıb. "Mustafa Kamal Atatürk ideyaları, xalqımızın müstəqillik uğrunda göstərdiyi iradə və qətiyyəti ilə təkcə türk millətinin deyil, bütün dünyanın hörmətini qazanmış böyük liderdir. Onun parlaq xatirəsi, ideyaları və bizə bəxş etdiyi Respublika əbədi yaşayacaq. Böyük lider Mustafa Kamal Atatürkün vəfatının 88-ci ildönümündə onu sevgi, hörmət, minnətdarlıq və həsrətlə anırıq", – deyə "Qalatasaray"ın bəyanatında qeyd olunub.


