İngiltərə millisinin və 'Mançester Yunayted'in sabiq müdafiəçisi Fil Nevill komandanın müdafiə xəttini tənqid edib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunda 'Mançester Yunayted' 'Aston Villa' ilə 4:4 hesablı heç-heçə edib. Nevill bildirib ki, matçı başa vuran dördlük – Mazraui, Yoro, Heven və Dorqu – komandanı Premyer Liqanı tərk etməyə məcbur edəcək: "Bu müdafiə xətti ilə baş məşqçi işdən çıxarılacaq, 'Mançester Yunayted' isə, məncə, Premyer Liqada qalmağı bacarmayacaq. Bu dördlük komandamızı Çempionşipə aparacaq. Onlar çox zəifdir və Premyer Liqa səviyyəsinə uyğun deyillər".
10 turdan sonra 'Mançester Yunayted' 8 xal toplayıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.


