Azərbaycan 1-ci liqasında 2026/27 mövsümü start götürür.

Offsideplus.az xəbər verir ki, 1-ci tur bu gün başlayacaq.

İlk oyun günündə 3 qarşıdurmaya şahidlid edəcəyik.

MOİK "Şahdağ Qusar"ı, "Bakı Sportinq" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Mərkəzi qarşılaşmada isə debütant "Xankəndi" "Səbail"lə üz-üzə gələcək. Hər üç matç saat 17:00-da başlayacaq.

Qalan görüşlər sabah baş tutacaq.

3 sentyabr 

17:00. MOİK – “Şahdağ Qusar”

Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə

Binə qəsəbə stadionu

17:00. “Bakı Sportinq” – “Karvan-Yevlax” 

Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev

“Baku Sportinq Arena”, Buzovna. 

17:00. “Xankəndi” – “Səbail” 

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov

Şamaxı OİK stadionu

4 sentyabr 

17:00. “Şimal” – “Gəncəbasar”

Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev

Şamaxı OİK stadionu

17:00. “Mingəçevir” – “Zaqatala” 

Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov

Mingəçevir şəhər stadionu (ehtiyat meydança)