“Xankəndi” heyətini yeni hücumçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Xəzər Mahmudovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xəzər Mahmudov son olaraq “İmişli”də forma geyinib.