Gürcüstan millisinin sabiq kapitanı Georgi Nemsadze 54 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb. Nemsadze 1992-ci ildə milli komandada debüt edib və 69 oyunda iştirak edərək bu göstərici üzrə ilk onluğa daxil olub.

Karyerası ərzində o, "Guriya", Tbilisinin "Dinamo", "Şevardeni" və "Lokomotiv", "Homqurq", "Trabzonspor", "Qrasshopper", "Reccana" və "Dandi" klublarında çıxış edib.