Məşhur televiziya aparıcısı Pirs Morqan bütün dövrlərin ən yaxşı futbolçusu adına kimi layiq gördüyünü açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Qızıl top"un 70 illiyi münasibətilə təşkil olunan xüsusi səsvermədə yalnız bu mükafatı ən azı iki dəfə qazanan futbolçular iştirak edir. Namizədlər arasında Lionel Messi, Kriştiano Ronaldu, Ronaldo, Marko van Basten, Mişel Platini, Karl-Haynts Rummeniqqe, Kevin Kiqan, Frants Bekkenbauer, Yohan Kroyff və Alfredo Di Stefano yer alıb.

Pirs Morqan özünün ilk üçlüyünü belə müəyyənləşdirib: birinci yerdə Kriştiano Ronaldu, ikinci sırada Ronaldo, üçüncü pillədə isə Yohan Kroyff qərarlaşıb.