Nikola Yokiçin "Denver Naggets"də gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Tanınmış jurnalist Tim Kavakami bildirib ki, serbiyalı mərkəz oyunçusunun komandada qalacağına və uzunmüddətli yeni müqavilə imzalayacağına dair heç bir zəmanət yoxdur.

Offsideplus.az xəbər verir ki, Kavakami bu barədə "The TK Show" podkastında danışıb. O qeyd edib: "Bu barədə artıq bir müddətdir eşidirəm. Sual hələ də açıq qalır. Çox güman ki, Yokiç "Naggets"də qalacaq, amma bu, hələ də açıq sualdır. Onun qalacağına və böyük məbləğdə uzunmüddətli müqavilə imzalayacağına heç bir zəmanət yoxdur". Hazırkı müqaviləyə əsasən, Yokiçin 2027/28 mövsümündə oyunçu seçimi var. O, bu imkandan imtina edib, "Naggets"lə 5 il üçün təxminən 360 milyon dollar dəyərində "süpermaks" müqavilə bağlaya bilər.