Rusiyalı yarımmüdafiəçi Aleksey Batırakovun agenti Vladimir Kuzmiçev "Liverpul"un skautlarının "Qalatasaray"ın "Ştutqart"a qarşı Çempionlar Liqası oyununu izləməsi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu həmin qarşılaşmada dubl edib. Türkiyə mətbuatının məlumatına görə, "Liverpul" nümayəndələri rusiyalı oyunçunun çıxışını izləmək üçün "Qalatasaray"dan ayrıca loje istəyib.

Kuzmiçev bildirib: "Bəlkə də onlar növbəti gün keçirilən "Liverpul" – "Fənərbağça" oyununa görə gəlmişdilər. Eyni zamanda Alekseyin oyununu da izləyə bilərdilər. Nə səbəbdən gəldiklərini dəqiq bilmirəm, amma onların Batırakovun çıxışını analiz etməsi mümkündür".

Agent həmçinin Batırakovun Premyer Liqaya mümkün transferinə münasibət bildirib: "Gəlin tələsməyək. O, yeni klubunda cəmi üç ay çıxış edib, artıq başqa transferlərdən danışırıq".