"Bayern Münhen"in fəxri prezidenti Uli Höness baş məşqçi Vensan Kompaninin yaxın günlərdə işinin başına qayıdacağını gözləyir.

Offsideplus.az xəbər verir ki, klub rəsmisi gənc mütəxəssisin səhhətindəki problemə aydınlıq gətirib. O, Kompaninin əvvəlcə ağır qriplə mübarizə apardığını, daha sonra meningit yarandığını bildirib.

Höness belçikalı məşqçinin gündə 12 saat çalışaraq böyük stres altında olduğunu, lakin müalicənin yaxşı getdiyini vurğulayıb. O, Kompaninin milli fasilədən sonra - təxminən 2-3 həftəyə yenidən komandanın sükanı arxasına keçəcəyini qeyd edib.

Qeyd edək ki, V. Kompani komandanın məşqini izləyərkən huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi.