ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"i çalışdırmağa müsbət yanaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Mançester təmsilçisinin həmsahibi Cim Retkliff bu gün Monakoda keçiriləcək görüşdə baş məşqçi Maykl Kerrikin istefasını təsdiqləyəcək.

Klub rəhbərliyi artıq Kerrikin əvəzinə Poçettino, Eddi Hau, Yulian Nagelsmann və Antonio Kontenin namizədliyini nəzərdən keçirir. Poçettinonun ABŞ Futbol Federasiyası ilə müqaviləsində top-klublara keçid üçün xüsusi bəndin olduğu bildirilir.

Qeyd edək ki, Kerrikin bu gün rəsmən istefaya göndəriləcəyi gözlənilir.