"Liverpul"un qapıçısı Giorgi Mamardaşvili braziliyalı Alison Bekere görə komandanı tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Vinni O’Konnor məlumat yayıb. Mənbənin sözlərinə görə, 34 yaşlı Alison müqaviləsini yeniləyəcəyi təqdirdə gürcüstanlı qapıçı başqa kluba keçmək variantını nəzərdən keçirəcək. Mersisayd təmsilçisi müqaviləsi yayda başa çatacaq braziliyalı qolkiperlə danışıqları davam etdirir. Alison baş məşqçi Andoni İraolanın əsas seçimi olaraq qalır.

Qeyd edək ki, 2024-cü ilin yayından "klubda ehtiyat oyunçu kimi qalan 26 yaşlı Mamardaşvili daimi oyun praktikası qazanmaq üçün komandadan ayrılmağa isti baxır.