Maykl Kerrik "Mançester Yunayted"də fəaliyyətini davam etdirir.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin baş məşqçini istefaya göndərmək ehtimalı ilə bağlı xəbərlər yayılıb. Sky Sports-un jurnalisti Rob Dorsettin məlumatına görə, 45 yaşlı ingilis mütəxəssisə vəzifəsindən uzaqlaşdırılması barədə heç bir məlumat verilməyib və o, bu gün də klubun bazasında işinə adi qaydada başlayacaq. Bununla belə, baş məşqçinin mövqeyi getdikcə daha da qeyri-sabit görünür. "Mançester Yunayted" Premyer Liqada 10 turdan sonra cəmi 8 xal toplayaraq 18-ci pillədə qərarlaşıb.