"Barselona"nın kapitanı Kevin Panter ciddi zədə səbəbindən komandadan üç həftəlik uzaq qalacaq. Amerikalı müdafiəçi İspaniya çempionatında "Breogan"a qarşı keçirilən son oyunda topuğundan zədə alıb və tibbi müayinələr nəticəsində onun bərpası üçün ən azı üç həftə vaxt lazım olduğu müəyyən edilib.

Offsideplus.az xəbər verir ki, Panter bu müddətdə "Barselona"nın EuroLeague-də "Panatinaikos"la səfər oyununu, həmçinin evdə "Srvena Zvezda" və "Fənərbaxça" ilə qarşılaşmalarını buraxacaq. 33 yaşlı oyunçu dekabrın 3-də "Real Madrid"ə qarşı keçiriləcək vacib oyuna qədər sıraya dönməyə çalışacaq. Cari EuroLeague mövsümündə Panter 10 oyunda orta hesabla 15,9 xal, 2 ribaund və 14,8 effektivlik balı toplayıb. Liga Endesada isə 7 oyunda 10,4 xal və 10,4 effektivlik balı ilə yadda qalıb.