"Barselona"nın gənc ulduzu Lamin Yamal sağ dizində hiss etdiyi yüngül narahatlıq və diskomfort səbəbindən İspaniya milli komandasının düşərgəsinə planlaşdırılandan daha gec yollanacaq.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin tibbi heyəti futbolçunun səhhətini tam nəzarətdə saxlamaq və heç bir riskə yol verməmək üçün onun bir müddət Barselonada qalaraq bərpa prosesi keçməsini təmin edib.

İspaniya milli komandasının ("La Roja") texniki heyəti vəziyyəti yaxından izləyir. Futbolçunun "Metropolitano" stadionunda İngiltərəyə qarşı keçiriləcək prinsipial oyunöncəsi komandaya qoşulacağı gözlənilir.