İngiltərə millisinin müdafiəçisi Mark Qehi noyabr ayında yığmanın heyətində meydana çıxmayacaq.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Premyer Liqanın "Nottingem Forest"lə oyununda zədə alıb və fasilədə əvəzlənib. Milli komandanın mətbuat xidməti Qehinin əvəzinə "Nyukasl"dan Dən Bernin heyətə dəvət olunduğunu açıqlayıb.
İngiltərə yığması qarşıdakı yığma oyunları fasiləsində Millətlər Liqasının qrup mərhələsində 12 noyabrda Xorvatiya, 15 noyabrda isə İspaniya ilə qarşılaşacaq.


