"Bayer Leverkuzen"in gənc ulduzu İbrahim Mazanın "Pari Sen-Jermen"ə (PSJ) gözlənilən transferi danışıqlar masasında baş verən qalmaqala görə rəsmən pozulub.
Offsideplus.az xəbər verir ki, futbolçunun atası və "Bayer Leverkuzen" klubu danışıqların ilkin strukturunu kənara qoyaraq "Stellar" idman agentliyi vasitəsilə PSJ ilə müzakirələri yenidən başlatmağa cəhd ediblər.
-
Luis Kamposun qəzəbi: PSJ-nin futbol müşaviri Luis Kampos müəyyən edilmiş rəsmi çərçivədən kənara çıxan bu addımı kəskin narazılıqla qarşılayıb.
-
Danışıqların tam qapanması: Baş verənlərdən qəzəblənən Kampos müzakirələri dərhal və birdəfəlik dayandırmaq qərarına gəlib.
-
Transfer ləğv olundu: Bu insidentdən sonra iki klub arasında razılaşma tamamilə pozulub və İbrahim Mazanın Paris təmsilçisinə keçidi baş tutmayıb.


