"Barselona" qış transfer pəncərəsində "Yuventus"un istedadlı cinah müdafiəçisi Andrea Kambiasonu heyətinə qatmaq imkanlarını araşdırır.

Offsideplus.az xəbər verir ki, lakin Kataloniya təmsilçisi bu transfer yolunda tək deyil; İngiltərə nəhəngləri "Liverpul" və "Mançester Yunayted" də italyan futbolçunu yaxından izləyirlər.

İspaniya mətbuatının məlumatına görə, "Barselona" transferi reallaşdırmaq üçün 20–25 milyon avro civarında təklif irəli sürməyi planlaşdırır və razılaşmanın bir hissəsi olaraq Alejandro Baldeni (Alejandro Balde) mübadilə təklifinə daxil edə bilər.

Turin klubu hələ ki, oyunçunu satmağa razı olub-olmadığını açıqlamayıb və tərəflər arasında danışıqlar hələ həlledici mərhələyə çatmayıb.