Portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu "Real Madrid"in braziliyalı cinah oyunçusu Vinisius Juniorun tezliklə əvvəlki oyun səviyyəsinə dönəcəyinə inanır.
Offsideplus.az xəbər verir ki, Fiqu Vinisiusun bu mövsüm bütün turnirlərdə 14 oyunda 2 qol vurduğunu və 3 məhsuldar ötürmə etdiyini xatırladıb. O bildirib:
"Onun ustalığını nəzərə alsaq, Vinisius əvvəlki statusuna və oyun səviyyəsinə qayıdacaq. O, şübhəsiz, yenidən meydanda fərq yaradan futbolçu olacaq. Penalti ilə bağlı məsləhətim isə budur: vurmağa davam etsin. Yalnız cəhd edənlər səhv edə bilər".


