"Borussiya" (Dortmund) klubu iki mövsümdür izlədiyi "Qalatasaray"ın futbolçusu Yunus Akgün üçün qış transfer pəncərəsində təklif irəli sürməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, DAZN-ın məlumatına görə, Dortmund təmsilçisi türk vingeri heyətinə qatmaq üçün üç variantı nəzərdən keçirir:

25 milyon avro birdəfəlik ödəniş;

Marsel Zabitserin daxil olduğu mübadilə variantı;

35 milyon avro məcburi satınalma şərti ilə birillik icarə.

Xəbərdə bildirilir ki, "Borussiya" rəhbərliyi bu transferi reallaşdırmaq üçün lazımi vəsaiti ayırmağa hazırdır.