UFC-nin ağır çəki dərəcəsində keçmiş müvəqqəti çempionu Tom Aspinall bərpa prosesi və döyüşlərə qayıdış planları barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, növbəti tibbi testlərin yanvar ayının sonunda keçiriləcəyini bildirib.

İngilis döyüşçü sonuncu dəfə oktaqona 2025-ci ilin oktyabrında çıxıb.

Həmin qarşılaşmada Siril Qana qarşı döyüş gözə toxunma səbəbindən nəticəsiz başa çatıb. Hazırda Aspinall məşqlərə başlayıb.