Futzal üzrə Azərbaycan Yüksək Liqasının yeni mövsümündə mübarizə aparacaq komandaların adları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qarşıdakı birincilikdə 10 kollektiv çempionluq uğrunda yarışacaq.

Yüksək Liqada "Araz-Naxçıvan", "Yasamal Bakı", "Rəvan", "Atidel Ordubad", "Şuşa", "Marafon", "Xankəndi", "Baku Fire", "Neftçi İK" və "İmişli" komandaları çıxış edəcəklər.

I Liqada isə 11 klub - "Baku", "Ulduz", "İçərişəhər", "Star kargo", "Xan Lənkəran", "Timsport", "Baku Fire - 1", "Metropoliten", "Xəzər", "Neftçala" və "Finans" gücünü sınayacaq.