Maurisio Poçettino "Mançester Yunayted"in baş məşqçisi kimi ilk oyunu barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunda "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olacaq. Poçettino bildirib: "Məndə kifayət qədər enerji var. "Mançester Yunayted"in baş məşqçisi olmaq böyük imtiyazdır. Vaxtımızı boşuna sərf etmirik. Artıq bazar günü mübarizəyə hazır olmalıyıq. İndi istirahət və yuxu haqqında düşünmək vaxtı deyil. Əsas odur ki, hər şeyi ən yaxşı şəkildə hazırlayaq və "Enfild"də oyuna ideal formada çıxaq".


