İspaniyanın "Real Madrid" klubu braziliyalı ulduzu Vinisius Juniorun mümkün satışı ilə bağlı ilkin qiymət gözləntilərini müəyyənləşdirməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, "El Chiringuito" nəşrinin məlumatına görə, Madrid təmsilçisi futbolçunun hazırda rəsmi olaraq satışa çıxarılmadığını bildirsə də, 150 milyon avrodan başlayan və hətta daha yüksək təkliflər gələcəyi təqdirdə ayrılığa razılıq verə bilər.

İngiltərənin "Arsenal" klubunun isə 26 yaşlı hücumçunun ətrafındakı vəziyyəti yaxından izlədiyi bildirilir.

Müqaviləsi 2032-ci ilin yayına qədər uzadılan Vinisius Junior üçün "Real Madrid" rəhbərliyi ən azı 150 milyon avro məbləğində təklifləri müzakirə etməyə açıqdır.

Braziliyalı futbolçu cari mövsümdə gözlənilən səviyyədən uzaq çıxış edir və keçirdiyi 12 oyunda cəmi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Performansındakı eniş səbəbindən Vinisius Junior komanda daxilində rəqabətdə geri qalaraq mövqeyini tədricən Yan Diomandeyə uduzmağa başlayıb.