Fransalı hücumçu Kilian Mbappe "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülerin yeni müqaviləsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçu ilə 2032-ci ilə qədər yeni müqavilə imzaladığını açıqlayıb. Mbappe Gülerin sosial şəbəkədə paylaşımına belə şərh verib: "Təşəkkür edirəm, bu gün daha rahat yatacağam".
Arda Güler bu mövsüm La Liqada 12 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


