İspaniyanın "Real Madrid" klubu türkiyəli yarımmüdafiəçi Arda Gülerlə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.

Xatırladaq ki, Arda Güler "Kral klubu"na 2023-cü ilin iyulunda – 18 yaşında transfer olunub. O, ötən dörd mövsüm ərzində komandanın heyətində 126 matça çıxıb və 5 titul (Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İspaniya La Liqası və İspaniya Superkuboku) qazanıb.

Türkiyə millisinin heyətində 38 oyun keçirən gənc ulduz ötən ilin sentyabrında Çempionlar Liqasının 2025/2026 mövsümünün ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb.