Azərbaycan Basketbol Liqasında və FIBA Avropa Kubokunda mübarizə aparan "Gəncə" heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi amerikalı basketbolçu Donovan Donaldsonla mövsümün sonunadək müqavilə imzalayıb.

Oyun qurucusu mövqeyində çıxış edən 30 yaşlı basketbolçu zəngin Avropa təcrübəsinə malikdir.

O, karyerası ərzində Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransa liqalarında çıxış edib. Donaldsonun son klubu isə Kiprin "Keravnos" komandası olub.