Argentina milli komandası yoldaşlıq görüşündə Kosta-Rika yığmasını 7:0 hesabı ilə darmadağın edib.

Offsideplus.az xəbər verir ki, son dünya vitse-çempionlarının böyükhesablı qələbə qazandığı matçda Nikolas Pas (8, 39-cu dəqiqələr), Xulian Alvares (35, 43) və Franko Mastantuono (48, 89) dubla imza atıblar. Digər bir qolu isə 78-ci dəqiqədə Aleksis Mak Allister rəqib qapısından keçirib.

Qarşılaşmada Maksimo Perrone 2 məhsuldar ötürmə ilə yadda qalıb. Enzo Fernandes, Aqustin Xiay, Canluka Prestianni və Culiano Simeone isə hərəyə 1 assist ediblər.

N.Pasın ikinci qolu xüsusilə möhtəşəm alınıb. Həmin qolu sizə təqdim edirik: