ABŞ millisinin və "Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç KONKAKAF Millətlər Liqasının Haiti ilə cavab oyununda fərqlənib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Pulişiç qapıya qayçı zərbəsi ilə qol vurub. Bu, onun ABŞ yığmasında keçirdiyi 91-ci oyunda 35-ci qolu olub. Bununla da Pulişiç milli komandanın tarixində ən çox qol vuranlar siyahısında dördüncü pilləyə yüksəlib və Erik Vinaldanı (34 qol, 106 oyun) geridə qoyub.
Hazırda üçüncü yerdə Cozi Altidore (42 qol, 115 oyun) qərarlaşıb. Rekordu isə Klint Dempsey (57 qol, 141 oyun) və Lendon Donovan (57 qol, 157 oyun) bölüşür.


