Messi Argentina Futbol Federasiyasına qarşı hüquqi addım atıb.
Offsideplus.az xəbər verir ki, o, Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio “Çiki” Tapia və quruma rəsmi hüquqi bildiriş göndərib.
Messi adının və fotosunun icazəsi olmadan kommersiya məqsədilə istifadə edilməsinə son qoyulmasını tələb edib.
Məlumata görə, futbolçu Assosiasiya ilə yaşanan mübahisələrin onun adını müxtəlif qalmaqallara cəlb etməsindən narazıdır.
Mübahisələrdən biri Argentina millisinin iki yoldaşlıq oyunu ilə bağlı olduğu iddia edilən müqavilə pozuntusudur. Messi həmin görüşlərdən birini VIP lojadan izləsə də, meydana çıxmayıb. Növbəti gün isə “İnter Mayami”nin heyətində meydana çıxıb. Onun ailəsi yaranan problemlərə görə Tapianı məsuliyyətli hesab edir. Bildirilir ki, bu vəziyyət Messiyə əvvəllər ictimaiyyətə açıqlanmayan çətinliklər yaradıb.
Digər mübahisə isə sponsor müqaviləsi ilə əlaqədardır. İddialara görə, Tapia argentinalı pivə markalarından birinə Messinin Argentina millisi forması ilə təsvirindən onun xəbəri və razılığı olmadan istifadə etməyə icazə verib. Halbuki futbolçunun ABŞ-nin rəqib pivə brendi ilə eksklüziv sponsor müqaviləsi var.


