Almaniya millisinin sabiq futbolçusu Lothar Matteus yığmanın Yurgen Kloppun rəhbərliyi altında göstərdiyi nəticələri dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Matteus Almaniya yığmasının son yoldaşlıq oyunlarında Serbiyanı 3:1, Niderlandı isə 5:0 hesabı ilə məğlub etdiyini xatırladıb. O bildirib ki, Almaniyada və Avropanın aparıcı klublarında çıxış edən yaxşı futbolçular var və əsas məsələ onları düzgün seçmək idi. "Yurgen Klopp bunu mükəmməl şəkildə bacardı. Dünya çempionatı ilə müqayisədə indi komandada tamamilə fərqli ab-hava hökm sürür. Futbolçuların bədən dili tamam dəyişib. Klopp heyətə bir neçə yeni oyunçu cəlb edib, lakin ən önəmlisi odur ki, o, elə bir mühit yaradıb ki, hər kəs öz gücünə inanır və komanda bir yumruq kimi birləşib. O, komandaya əvvəllər çatışmayan ruh bəxş edib", – deyə Matteus qeyd edib.