Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Millətlər Liqasında Uelsə qarşı keçirilən oyundan (3:2) sonra hücumçu Qonsalu Ramuş barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Jezuş son iki oyunda qol vura bilməyən Ramuşun vəziyyətinə münasibət bildirib: "Son vaxtlar futbolçuların statusu barədə çox danışılır. Qonsalu Ramuş hazırda ən yaxşı dövrünü keçirmir, amma məsələn, Quştavu Varela İtaliya çempionatının bombardiridir. Bu da status məsələsidir. Siz deyirsiniz ki, son iki oyunda Ramuş qol vurmayıb və komandaya çox kömək etməyib. Amma altı oyundan ibarət mərhələdə bu, doğru deyil. Bir neçə qarşılaşmada Ramuş çox yaxşı çıxış edib. Onun statusu onun karyerasıdır. Mənim üçün status təkcə Kriştiano Ronaldu kimi oyunçular üçün deyil, uzun illər yüksək səviyyədə çıxış edən Brunu Fernandeş, Bernardu Silva, Ruben Diaş kimi futbolçular üçün də keçərlidir. Mən də futbolçu olmuşam və belə oyunçulara böyük hörmətlə yanaşıram, çünki onların düşüncəsini yaxşı başa düşürəm".