Azərbaycanın üç basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxacaq.

Offsideplus.az xəbər verir ki, turnirin VII turu çərçivəsində "LANDAU Lions" doğma meydanda, "Gəncə" və "Neftçi" isə səfərdə mübarizə aparacaq.

Təmsilçilərimizin oyunlarının cədvəli belədir:

FIBA Avropa Kuboku, VII tur

18 noyabr (çərşənbə)

19:00. "LANDAU Lions" – "Prievidza" (Slovakiya) G qrupu · Bakı İdman Sarayı

20:00. "Kolossos" (Yunanıstan) – "Gəncə" C qrupu · Faliraki, "Kalliteya" zalı

21:00. VEF (Latviya) – "Neftçi" H qrupu · Riqa

Qeyd edək ki, bütün görüşlərin başlama saatı Bakı vaxtı ilə göstərilib.