Karl-Entoni Tauns "Nyu-York Niks"in "Toronto" üzərində 111:102 hesablı qələbəsində möhtəşəm çıxış edib və mövsümə ardıcıl 14-cü dabl-dablını rəsmiləşdirib. Bu, klub tarixində mövsümün əvvəlində ən uzun belə seriyadır.
Offsideplus.az xəbər verir ki, mərkəz oyunçu qarşılaşmada 16 xal, 16 ribaund və 8 assistlə yadda qalıb. Tauns meydançada 7/9 dəqiq atış, 1/2 üçlük və 1/1 cərimə atışı ilə oynayıb, cəmi 2 top itirib və matçı "+23" göstəricisi ilə başa vurub.


