Norveç millisinin hücumçusu Erlinq Holand Danimarka üzərində 3:2 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Norveç yığması Millətlər Liqasında 1/4 final mərhələsinə yüksəlib. Holand bildirib: "Bu il mənim üçün karyeramın ən çılğın illərindən biridir. Norveçli olmaq əladır! Stole Solbakken oyundan əvvəl dedi: 'Gəlin bu inanılmaz futbol ilini yüksək notda başa vuraq'. İkinci hissədə rəqibə tam üstünlük etdik".


