Rusiyalı şərhçi Denis Alxazov mərhum Vasili Utkini xatırlayıb.

Offsideplus.az xəbər verir ki, Alxazov Utkindən çox şey öyrəndiyini bildirib. O qeyd edib ki, Utkini yeni başlayan şərhçilərə qarşı əvvəlki nəsillə müqayisədə daha yumşaq davranıb, lakin bəzən sərt tənqidlər də edirdi. Alxazov deyib:

"Mən şərhçiliyə başlayanda tez-tez "to, şto" ifadəsini işlədirdim. Bir dəfə "Barselona" – "Espanyol" oyununu şərh edirdik, Vasya hər dəfə bu ifadəni işlətdiyimdə ayağımı tapdalayırdı. Sanki Pavlovun iti kimi refleks formalaşdırdı. Bəzən isə sözlərlə çox gözəl şəkildə yerində oturdurdu. Bir dəfə məşq zamanı zarafatla soruşdum: 'Bizi ona görə seçmisiniz ki, biz gənc nəsilik və sizi meydandan siləcəyik?' Vasya mənə baxıb dedi: 'Sən bir il "Matç TV"də oturmusan, heç kimlə tanış olmamısan, heç yerə yüksəlməmisən. İndi sənmi kimisə meydandan siləcəksən?' Bu, mənim üçün dərs oldu və tamamilə haqlı idi".