NBA oyunçusu Terri Rozierin adı ətrafında yaranan məhkəmə qalmaqalı yeni mərhələyə qədəm qoyub. Onun yaxın tanışı Deniro Lester məhkəmədə özünü təqsirli biləcəyini açıqlayıb. Lester NBA-də statistik göstəricilərin manipulyasiyası və mərc oyunlarında fırıldaqçılıq işi üzrə ittiham olunur.
Offsideplus.az xəbər verir ki, istintaq zamanı Lesterin "Şarlot Hornets"in digər oyunçusu ilə də əlaqədə olduğu iddia edilib. Hazırda Lesterin etirafı istintaqla razılaşmanın bir hissəsi olub-olmayacağı və ya onun Rozierə qarşı ifadə verib-verməyəcəyi məlum deyil. Terri Rozier isə hələ də öz günahsızlığında israr edir.


